“Səhvlər edə bilərəm, onlar bizim həyatımızın bir hissəsidir”

Allsport.az xəbər verir ki, “Mançester Yunayted”in qapıçısı Andre Onana öz oyun tərzi haqda danışıb:

“Əgər müasir komandaların oyun stilinə baxsanız, görərsiniz ki, onlar qapıçıdan kənar bir oyunçu kimi istifadə edirlər. Özümü müasir qapıçı hesab edirəm və ona görə də səhv etməkdən qorxmuram.
Mən risk etməkdən çəkinmirəm və bunu etməyə davam edəcəyəm, çünki bu, məni dünyanın ən yaxşı klublarından biri olan “Mançester Yunayted”ə gətirən oyun tərzidir və geri çəkilmək fikrim yoxdur. Səhvlər edə bilərəm, onlar bizim həyatımızın bir hissəsidir”.

Həmin kateqoriyadan