Futzalçıların ölkə çempiontanda 3-cü dövrə start götürür

Mərkəzi görüş «Xəzər adaları» ilə «Fənər» arasında olacaq

Martın 1-də futzal üzrə ölkə çempiontanının Yüksək liqasında 3-cü dövrəyə start veriləcək. Allsport.az saytı xəbər verir ki, mütəxəssislər, qış fasiləsində qızıl medallara iddialı klublar heyətlərini gücləndirdiyindən, mübarizənin daha gərgin keçəcəyini ehtimal edirlər.

Turun mərkəzi görüşü liderlər – «Xəzər adaları» ilə «Fənər» arasında baş tutacaq. İlk 2 dövrəni nəticəsinə əsasən, hesab bərabərdir: hər komanda 1 dəfə qəlib gəlib. «Sarı-lacivərdlilər»dən 2 xal öndə olan debutant, qalib gələrsə, çempionluq yolunda daha bir addım atacaq. «Fənər» üstün olarsa, intriqa daha yüksələcək.

Digər matçlarda «Qarabağ veteranları» son ölkə çempionu «Araz»la, «Neftçi» İdman Klubu «Ekol»la münasibətinə aydınlıq gətirəcəklər.

Həmin kateqoriyadan