Şahin Mustafayev: MDB oyunlarında estafet Minskdən Bakıya ötürüldü

Dünən 2-ci MDB oyunlarının bağlanışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev mərasimi izləmək üçün Minskə yollanıb. Tədbirdən öncə o belaruslu həmkarı İqor Petrişenko ilə görüşüb. Şahin Mustafayev MDB oyunlarını yüksək səviyyədə keçirilməsi münasibətilə onu təbrik edib:

“Estafeti sizdən alırıq. 2025-ci ildə oyunlar Azərbaycanda keçiriləcək. Azərbaycanın böyük yarışların keçirilməsində zəngin təcrübəsi var. Əminəm ki, biz 3-cül MDB oyunlarını da ən yüksək səviyyədə keçirəcəyik”.

İqor Petrişenko da Azərbaycanı uğurlu çıxışa görə təbrik edib: “Hazırda 60-dan çox medalınız var. Azərbaycan ilk Avropa oyunlarına ev sahibliyi edib, ikincisi isə Minskdə keçirilib. İndi biz MDB ölkələrinin 2-ci oyunlarını keçiririk, 3-sü isə sizin ölkəniz olacaq. Bu gün bağlanış mərasimində növbəti MDB oyunlarına ev sahibliyi etmək hüququnu təntənəli şəkildə Azərbaycana təhvil verəcəyik”.

Həmin kateqoriyadan