Samir Əliyevin mətbuat konfransı və açıq məşq nə vaxt olacaq?

Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” klubu ilə cavab oyunundan bir gün əvvəl “Neftçi” PFK-nın baş məşqçisi Samir Əliyevin mətbuat konfransı təşkil olunacaq. Allsport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bundan yarım saat sonra isə komandamız oyun öncəsi son məşqinə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Həmin kateqoriyadan