Siyasət Əsgərov: “2-ci qolu vurmaq üçün vaxt çatmadı”

“Monteneqro və Malta milliləri bizimlə eyni gücdə olan komandalardır. Məqsədimiz bu oyunlardan qalib ayrılmaq idi”. Allsport.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Bakıda Maltaya uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

O, məğlubiyyəti belə şərh edib: “Monteneqro ilə oyunda səhvlər buraxdıq və nəticədə 0:2 hesabı ilə məğlub olduq. Malta millisi ilə oyuna gəlincə, ilk hissədə yaxşı oynadıq. Təəssüf ki, istədiyimiz qolu vura bilmədik. Fasilədən sonra səhv etdik və qapımıza penalti zərbəsi təyin edildi. Qoldan sonra oyunda dönüş yaratmaq çox çətindir. Çünki komanda ruhdan, oyundan düşür. Vaxt azaldıqca sistemdə bəzi dəyişikliklər etdik. Komandam daha çox hücum etməyə başladı. Rəqib müdafiədəki boşluqdan istifadə edib ikinci qolu vurdu. 2-ci qoldan dərhal sonra hesab arasındakı fərqi azaltmağa müvəffəq oldu. Təəssüf ki, 2-ci qolu vurmaq üçün vaxt çatmadı. Oyunun son dəqiqələrində yüz faizlik qol imkanını boşa verdik”.

Həmin kateqoriyadan