- Baxış sayı: 31
- 19 Avqust 2026 13:58
- Baxış sayı: 96
- Avqust 18, 2026
- 0

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala son 4 gündə ikinci dəfə huşunu itirərək azarkeşləri narahat edib.
Allsport.az xəbər verir ki, oxşar hadisə “Haydenhaym”la keçirilən yoxlama oyununda (4:2) baş verib.
23 yaşlı futbolçu ikinci hissədə əvəzlənərək meydana daxil olub. Lakin bir neçə dəqiqə sonra anidən özünü pis hiss edərək yerə yıxılıb. Musiala həkimlərin köməyi ilə ayağa qalxaraq meydanı tərk edib.
Musiala avqustun 15-də “Leyptsiq”lə keçirilən yoxlama matçında (3:1) da huşunu itirmişdi. Həmin vaxt futbolçunun səhhətində yaranan narahatlığın yüksək temperaturla əlaqəli olduğu bildirilmişdi.