Sterlinq cəzalandırıla bilər

“Çelsi”nin hücumçusu Rahim Sterlinq, premyer liqanın 11-ci turunun matçında (4:1) “Tottenhem” azarkeşlərinin tribunasına əşya atdığı üçün diskvalifikasiya təhlükəsi ilə üzləşib.

Allsport.az xəbər verir ki, hadisə ilk hissədə “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin penaltini dəqiq yerinə yetirməsindən sonra baş verib. Qolu qeyd edərkən Palmer barmağını dodaqlarına apararaq, “Spurs” azarkeşlərini qıcıqlandırıb. Tribunadan atılan əşya Palmerin ayağına dəyib. Ardınca isə Sterlinq əşyanı götürərək azarkeşlərə atıb.

İngiltərə futbol assosiasiyası hadisə ilə bağlı araşdırmanı davam etdirir.

Həmin kateqoriyadan