Stolüstü tennis üzrə ölkə çempionatına start verilib

“Şüa” İdman – Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan çempionatına start verilib. Allsport.az xəbər verir ki, çempionatın keçirilməsinin əsas məqsədi respublikada güclü və perspektivli idmançıları aşkar edib yığma komandaya namizədləri müəyyən etmək, eləcə də bu idman növünü inkişaf etdirməkdir.

Yarışda şəhər və rayonların yığma komandalarından 50–dən artıq idmançı iştirak edir. Çempionat komanda, şəxsi, qoşa, qarışıq qoşa formatlarda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun olaraq keçirilir.

Yarış fevralın 27-dək davam edəcək.

Həmin kateqoriyadan