- Baxış sayı: 55
- 08 May 2026 16:02
- Baxış sayı: 147
- May 08, 2026
- 0
Stolüstü tennis üzrə Azərbaycan milli komandas Arazın o tayına yola düşüb. Allsport.az saytı xəbər verir ki, dekabrın 16-dan 19-dək İranın Qəzvin şəhərində 10-cu Fəcr kuboku uğrunda yarış keçiriləcək.
Turnirdə ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya, Suriya, Livan, Qazaxıstan, Türkmənistan, İraq və Macarıstan tennisçiləri mübarizə aparacaqlar.
Azərbaycanı məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərliyi ilə seçmə komandanın 11 idmançısı (6 qız və 5 oğlan) təmsil edəcək.