Stolüstü tennisçilərimiz hazırlığa başlayıb

«Şüa» İdman- Sağlamlıq Kompleksində stolüstü tennis üzrə yığma komandasının üzvləri və regionlardan olan istedadlı idmançılar təlim- məşq toplanışına başlayıblar. Allsport.az saytı xəbər verir ki, hazırlıqda 15 oğlan və 15 qız idmançı fiziki hazırlıq səviyyələrini, texniki və taktiki ustalıqlarını artıracaqlar.

Gələn il millimizi ciddi sınaqlar gözləyir. Komandamız öncə fevralda «Avropa Stolüstü Tennis TOP-16 Kuboku»nda mübarizə aparacaq. İyun ayında isə, seçməmiz 1-ci Avropa Oyunlarınında çıxış edəcək.

Polşadan Bakıya dəvət olunmuş 3 kişi və 1 qadın tennisçi də sparrinq- tərəfdaş kimi birgə məşq keçir. Onlar dekabrın 14-ə kimi öz təcrübələrini oynçularımızla bölüşəcəklər.

Həmin kateqoriyadan