VİDEO
Mahirin möhtəşəm qolu “Karşıyaka”ya qələbə gətirmədi

Türkiyə PTT 1-ci liqasında 20-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası – “Karşıyaka” da növbəti sınağına çıxıb.

Həmyerlimizin komandası doğma meydanda “Osmanlıspor”la qarşılaşıb. Matç 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə oynayıb. “Karşıyaka”nın yeganə qolunu 5-ci dəqiqədə məhz Şükürov vurub.

Qeyd edək ki, “Karşıyaka” hazırda 30 xalla 5-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan