“Sumqayıt” Amil Yunanovla müqaviləni təzələdi

Yeni futbol mövsümünə ilk olaraq Fərhad Vəliyevi heyətinə qatan “Sumqayıt” heyəti komplekləşdirmək üçün çalışmalarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandanın əsas hücumçusu olan Amil Yunanov klubla müqavilə müddətini yeniləyib. 23 yaşlı futbolçu “kimyaçılar”la müddəti 2018-ci ilə qədər olan sazişə imza atıb.

Qeyd edək ki, Amil Yunanov 2015/2016 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada ümumilikdə 26 qarşılaşmada (1509 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 12 top keçirib. Bu göstərici ilə adıçəkilən futbolçu ötən mövsüm komandasının ən sərrast futbolçusu olub.

Həmin kateqoriyadan