Sxadadze: “Oyunçularım matça yaxşı köklənmişdilər”

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Əsas məsələ odur ki, 3 xal qazandıq. Çox çətin oyundan sonra 3 xala nail olduq. Futbolçularımı təbrik edirəm. Oyunçularım matça yaxşı köklənmişdilər. “Xəzər Lənkəran”ın heyətində çox sayda gənc oyunçu var. Gənclər çox istedadlıdırlar, onların arasında Ağabala Ramazanovu qeyd edə bilərəm. Düşünürəm ki, gələcəkdə Azərbaycan millisinin aparıcı hücumçusu olacaq. Biz isə öz oyunumuzu analiz etməliyik. Dediyim kimi, 3 xal qazandıq. Amma bu qələbəni unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan