“Təhlükəsiz idman hamı üçün” mövzusunda tədbir

Müasir dövrdə “Təhlükəsiz idman” Beynəlxalq olimpiya komitəsinin (BOK) qarşıya qoyduğu ən vacib vəzifələrindən biridir. Allsport.az saytı xəbər verir ki, Milli olimpiya komitəsi tələb və tövsiyəyə uyğun olaraq, bu mövzuda maarifləndirmə və təbliğat işləri ilə bağlı yeni layihəyə start verib.

İyunun 8-də MOK-un inzibatı binasında layihə çərçivəsində “Təhlükəsiz idman hamı üçün” mövzusunda forum təşkil olunub. Layihə çərçivəsində “Təhlükəsiz idman”a aid filmlər silsiləsi, görülmüş digər işlər və gələcək planlar təqdim olunub.

Çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Təhlükəsiz idman”ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib, milli federasiyalarda təhlükəsizlik üzrə nümayəndənin olmasının vacibliyini diqqətə çatdırıb.

Həmin kateqoriyadan