Taekvondoçularımızın “Ukraine open cup” sınağı

Aprelin 11-də Xarkovda “Ukraine open cup” beynəlxalq turniri start götürəcək. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq. “Lokomotiv” İdman Sarayında 2 kişi və 8 qadın taekvondoçu iştirak edəcək.

Kişilərin rəqabətində ölkəmizi Ayxan Tağızadə (68 kq) və Milad Beigi Harçeqa (80 kq), qadınlarda Cərən Özbək (46 kq), Nurgül Çəlik, Patimat Abakarova (hər ikisi – 49 kq), Lazara Karidad Valdes Povea  (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyevaya (73 kq) təmsil edəcəklər.

Turnirə Avropanın 20 ölkəsi ilə yanaşı, ABŞ, Braziliya, Puerto-Riko, Bəhreyn və Əlcəzair milliləri qatılacaq. Qeyd edək ki, yarış G1 kateqoriyalı olduğundan, qalib idmançı hesabına 10 reytinq xalı yazacaq.

Səfərə ATF-in vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə yollanan milli komandamız Vətənə aprelin 14-də qayıdacaq.

Həmin kateqoriyadan