“Tribunalarda 60 min Türkiyə və Azərbaycan bayraqları olduqda, Bakıdan maksimum xalla ayrılacağıq

“Bakı olimpiya stadionunda Avro-2020-nin oyunlarının artıq xəyalını qurmağa başlamışam”. Allsport.az saytının məlumatına görə, bu sözü Türkiyə millisinin baş məşqçisi Şənol Günəş İstanbulda qonaq olan “İdman” TV-nin əməkdaşları – Tural MəmmədliElçin Cəfərovun aparıcı olduqları “Ay-ulduzlu liqa” verilişində deyib.

Mütəxəssis bildirib ki, tribunalarda Türkiyə və Azərbaycan bayraqlarını, 50 mindən çox azarkeşin dəstəyini düşündükdə, komandasının Bakıdan maksimum xalla ayrılaraq yoluna davam edəcəyini fikirləşir:

“Əksini isə düşünmək belə istəmirəm. UEFA bizə ev sahibliyi vermədi. Amma biz özləri də istəmədən Avropa çempionatında ev sahibi kimi oynayacağıq. Çünki Bakı bizə öz evimiz kimidir”.

Həmin kateqoriyadan