UEFA Rəşad Sadıqovu fərqləndirdi

UEFA-nın rəsmi saytı AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində meydanda daha çox vaxt keçirən futbolçuların siyahısını açıqlayıb. Allsport.az xəbər verri ki, 21 futbolçudan ibarət siyahıya Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov da daxil edilib.

“Qarabağ”ın şərəfini qoruyan təcrübəli müdafiəçi “H” qrupu çərçivəsindəki 10 oyununda hamısında iştirak edib və onların heç birində əvəzlənməyib. Bir sözlə, Sadıqov 900 dəqiqə meydanda olub. Qeyd edək ki, siyahıya ancaq meydan oyunçuları daxil edilib.

Həmin kateqoriyadan