UFC çempionu karyerasını bitirdi

Yüngül çəkidə UFC-nin keçmiş çempionu Dominik Krus peşəkar karyerasını dayandırıb. 

Allsport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

39 yaşlı döyüşçünün fevral ayında Sietldə keçirilən UFC 252 yarışmasında Rob Fontla qarşılaşması nəzərdə tutulsa da, o, zədə səbəbindən döyüşdən kənarlaşdırılıb.

“Son 25 ildə bütün varlığımı bu idmana vermişəm. Son bir döyüşə ümid edirdim, amma təəssüf ki, 8 ayda iki çiyin çıxması karyerama son qoydu”, – Krus yazıb.

Krus ikiqat UFC və keçmiş WEC çempionudur. Onun hesabında 24 qələbə və 4 məğlubiyyət var.

Həmin kateqoriyadan