Ukrayna bəzi şərtlərlə icazə verdi

Ukrayna gənclər və idman nazirliyi, idmançılarının rusiyalılar və belaruslarla yanaşı yarışlarda iştirakına qadağaları əməli olaraq aradan qaldırıb.

Allsport.az saytı xəbər verir ki, qurum müvafiq əmrin mətnində dəyişiklik edib və indi Ukrayna idmançılarına yalnız bu ölkələrin öz bayraqları ilə təmsil olunduğu, dövlət rəmzlərindən istifadə etdiyi, Rusiya və ya Belarusa mənsub olduqlarını hərəkət və ya bəyanatlarla ifadə etdikləri turnirlərdə iştirak etməyi yasaqlayıb.

Beləliklə, qara dənizlilər Rusiya və Belarus idmançılarının neytral statusda qatıldığı yarışları boykot etməyi dayandırıb.

Həmin kateqoriyadan