- Baxış sayı: 306
- 28 Aprel 2026 18:35
- Baxış sayı: 104
- May 05, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Ukraynanın gənclər və idman naziri Vadim Qutsayt, öz idmançıların hansı şərtlər altında beynəlxalq turnirlərdə rusiyalılar və belaruslarla mübarizə apara biləcəklərini bildirib.
“Əlbəttə, hazırda (2024-cü il olimpiadası üçün) bütün təsnifat yarışlarında iştirak etməliyik. Əgər Rusiya və Belarus rəsmi olaraq olimpiya oyunlarına dəvət edilməyibsə, biz indi idmançılarımızın təsnifat yarışlarına qayıtmasını nəzərdən keçiririk”, milli telemarafonun efirində o deyib.
Bundan öncə Rusiya və Belarus idmançılarının 2024-cü il olimpiya oyunlarının seçmə turnirlərinə bitərəf statusda buraxılması məsələsinə baxılıb.
Növbəti olimpiada gələn il iyulun 26-sından avqustun 11-dək Parisdə (Fransa) keçiriləcək.