- Baxış sayı: 39
- 20 İyul 2025 10:24
- Baxış sayı: 170
- İyul 20, 2025
- 0
15 iyun Azərbaycan texniki universitetinin idman zalında U-12, U-14 və U-16 yaş qrupları üzrə oğlan basketbolçular arasında uşaq gənclər basketbol liqasının (UGBL) final və 3-cü yer uğrunda görüşləri oynanılıb.
Allsport.az xəbər verir ki, U-12 yaş qrupu üzrə final oyununda “Baku Ballzone” komandası “Meteor F-Basket” klubuna 35-26 hesabı ilə qalib gələrək çempion olub. “Aztop Jr” klubu isə “Qaradağ” üzərində 27-25 hesablı qələbə ilə U-12 yaş qrupunda ən güclü 3-cü komanda olub.
U-14 yaş qrupunun finalında “Baku Ballzone” klubu 82-59 hesabı ilə Bakı Basketbol Akademiyasından (BBA) güclü olub və çempionluğa sevinib. RİOEUGİM-2 komandası 61-58 hesabı ilə UGİM-9-a qalib gələrək 3-cü pillənin sahibi olub.
U-16 yaş qrupu üzrə final görüşündə RİOEUGİM-2 klubu 93-69 hesabı ilə İOEUGİM-8 komandasından güclü olub və çempionluğu qazanıb. 3-cü yerin sahibi isə “Torpaq” klubuna 54-78 hesabı ilə qalib gəlmiş UGİM-10 basketbolçuları olublar. Həlledici oyunlardan sonra mükafatlandırma mərasimi baş tutub. Kubok və medalçılara mükafatları Azərbaycan basketbol federasiyasının (ABF) idman direktoru Turqay Zeytungöz, FİBA dərəcəli hakim Urfan Bayramlı və oğlanlardan ibarət U-16 millinin baş məşqçisi Ərxan Tökər təqdim ediblər.