Cavadov “Boluspor”da debüt matçını dublla qeyd etdi

Türkiyənin “Boluspor” klubu yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovu yenicə sıralarına qatan PTT 1-ci liqa təmsilçisi U-21 komandası ilə qarşılaşıb.

Oyun əsas komandanın 5:2 hesablı qələbəsiylə başa çatıb. Start heyətdə meydana çıxan Vaqif dubla imza atmaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, “Boluspor”u bazar günü növbəti tur çərçivəsində Vaqifin sabiq klubu “Qaziantep BB” ilə oyun gözləyir. İstisna deyil ki, Cavadov “Boluspor”da məhz sabiq komandası ilə görüşdə debüt etsin.

Həmin kateqoriyadan