- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


İngiltərənin “Vest Hem” klubu liderlərindən və köhnə oyunçularından biri olan Maykl Antonio ilə yeni müqavilə ilə bağlı danışıqlarını davam etdirir.
Allsport.az xəbər verir ki, 33 yaşlı Antonio 2015-ci ilin yayından klubda çıxış edir. Lakin onun London klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq. Hazırda o, digər premyer liqa klubları ilə yanaşı, yaxın şərq klublarının da marağındadır.
Bu mövsüm yamaykalı 12 matçda, 2 qol və 1 assistlə yadda qalıb.