Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

“Şüa” idman–sağlamlıq kompleksində keçirilən veteranlar arasında Azərbaycan çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə keçirilən çempionat veteranların sağlamlığının möhkəmləndirilməsi, onların fəal idmana cəlb edilməsi və stolüstü tennisin əhali arasında təbliği məqsədini daşıyıb.

Çempionatın bağlanış mərasimində federasiyanın nümayəndəsi İbrahim Əfəndiyev qalibləri təbrik edib və gənc tennisçilərin yetişməsində veteranlarımızın rolunu xüsusi vurğulayıb. O, veteranların stolüstü tennislə məşğul olmaları üçün federasiya tərəfindən hər cür şəraitin yaradıldığını bildirib.

Turnir iştirakçıları veteranlar arasında çempionatın yüksək səviyyədə təşkil olunmasına görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, kubok və hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan