FİFA prezidenti Vinisiusu seçib

İrqçilik əleyhinə komitəyə Vinisius Cunyor sədrlik edəcək.

Allsport.az xəbər verir ki, “Real Madrid” və Braziliyanın hücumçusu FİFA-nın futbolçulardan ibarət irqçiliyə qarşı xüsusi komitəsinə başçılıq edəcək.

Qurumun prezidenti Canni Infantinonun sözlərinə görə, komitə üzvləri futbolda diskriminasiya xarakterli hərəkətlərə görə daha sərt cəzalar təklif edəcəklər.

“Bundan sonra irqçi futbol olmayacaq. Bu baş verdikdə oyunları dərhal dayandırmaq lazımdır.

Mən Vinisusdan irqi ayrı-seçkiliyə görə daha sərt cəzalar verəcək bir qrup oyunçuya rəhbərlik etməsini xahiş etdim. Daha sonra onları dünyanın bütün futbol idarələri təqdim edəcək. Biz buna çox ciddi yanaşmalıyıq.

Futbolda irqçilik probleminə birdəfəlik son qoymaq üçün çox ciddi cəzalar tətbiq edəcəyik. Artıq irqçiliyə göz yuma bilmərik. FİFA prezidenti kimi mənə elə gəlir ki, Vinisiusla şəxsən bu barədə danışmaq lazımdır”- İnfantino deyib.

Həmin kateqoriyadan