Vüqar Astanov: “Klubumuz lisenziyalaşdırma ilə bağlı UEFA-nın bütün tələblərini yerinə yetirib”

“Zirə”nin prezidenti avrokuboklarda iştirak etmək arzularından danışıb. Allsport.az saytı xəbər verir ki, o bu barədə bunları söyləyib: “Klubumuz lisenziyalaşdırma ilə bağlı UEFA-nın bütün tələblərini yerinə yetirib. Hazırda sənədlərimizə baxılmasını gözləyirik. UEFA “Zirə”nin avrokuboklara buraxılıb-buraxılmayacağına qitə futbol qurumu may ayında qərar verəcək. Biz “Zirə” idman kompleksinin stadionunu sifariş etmişik. Burada yalnız təsnifat mərhələsinin oyunlarını keçirə bilərik.

Vüqar Astanov azerisport.az-a açıqlamasında detib ki, hər şey yaxşı alınsa, əlavə stadion da sifariş oluna bilər: “Bu, ya “Dalğa Arena” olacaq, ya da “İnter Arena”. UEFA-nın bizim lehimizə qərar çıxaracağına ümid edirəm. Komandamızın sabit çıxış etməsi bizi sevindirir. Ümid edirəm ki, mövsümün sonunadək belə davam edəcəyik. Mən Premyer Liqamızın bu mövsüm əvvəlkilərə nisbətən zəif keçməsinə dair fikirlərlə razı deyiləm. Çempionatımızın səviyyəsi kifayət qədər yüksəkdir”.

Həmin kateqoriyadan