Vüqar Səfərli: “Mənim çəkinəcəyim heç nə yoxdur”

“Fondun fəaliyyəti ilə bağlı hər üç ilin yekununda araşdırma aparılır. İndi aparılan araşdırma da bununla bağlıdır. Mənim çəkinəcəyim heç nə yoxdur”.

Allsport.az saytının məlumatına görə, bu sözü musavat.com-a açıqlamasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun keçmiş İcraçı direktoru Vüqar Səfərli deyib. O, barəsində yazılan yazılara münasibət bildirərkən söyləyib ki, bu günə qədər olan fəaliyyətində heç bir nöqsan olmayıb və hər hansı bir araşdırmadan da narahat deyil:

“11 il fondda işləmişəm. Bu gün prezidentimizin məsləhəti belədir. Yenilənmə gedir və bizim də borcumuzdur ki, onlara dəstək verək. Kimlərsə kənardan nəsə deyir. Bu, həmişə belə olub. Fondun yeni rəhbərliyi ilə görüşəndə də demişəm ki, mənlik nə kömək olsa etməyə hazıram.

İndi dincəlmək istəyirəm. İşim çox ciddi və çətin olub. Mənim müavinim, aparat rəhbərim, şöbə müdirim olmayıb. Mən məzuniyyətə gedəndə belə yerimə təyin ediləcək şəxs belə olmayıb. Heç vaxt bir aylıq məzuniyyətə getmək imkanım olmayıb. 15 gündən artıq qala bilmirdim ki, işlərdə problem yaranar”.

Həmin kateqoriyadan