Bakının səfiri: Ləns Strolun İstanbulda yağışlı havada ötüşməsi möhtəşəm idi

Fernando Alonso, “Aston Martin” komandanın mətbuat xidmətinə müsahibə verib. Allsport.az saytı xəbər verir ki, 2016-cı ildə paytaxtımızda Formula-1 üzrə ötüşmə ərəfəsində, Avropa qran prisinin səfiri olan ispaniyalı sürücü yeni mövsümə nikbin baxıb.

– Sizin Formula-1 də ən yaxşı sürücüsü olduğunuz doğrudurmu?
– Bu sualın cavabını heç kim bilmir. Hər mövsüm müxtəlif nəticələr müşaət olunur. Uzun illər Mixael Şumaxeri məğlub edilməz kimi tanıyırdılar, lakin müxtəlif illərdə fərqli pilotların üstünlüyünün şahidi olduq. Mən həqiqətən daim əlimdən gələni əsirgəmirəm. Motivasiya ilə bağlı heç bir narahatçılığım yoxdur. Mənim üçün 5-ci və yaxud 15-ci yer üçün mübarizə aparmağım fərq etmir. Vacib olan yüksək nəticə qazanmağdır. Hər dövrədə 100 faiz maksimum əlimdən gələni edirəm.

– Formula-1 yarışlarında qalib gəlmək üçün özünüzü ən yaxşı pilot hesab etməlisiniz?
– Fəaliyyətinizdən asılı olmayaraq, həmişə özünüzü rəqabətə meyilli hiss etməlisiniz. Mən bunu uşaq yaşlarımda hiss etdim və o vaxtdan gördüyüm hər işdə – yarışda, tennis kortunda, yaxud kart oyununda hamıdan üstün olmaq istəyirəm. Güclü tərəflərinizdən istifadə edərək, rəqibin zəif noqsanlarını şəxsi mənafeilirəniz üçün istifadə etməlisiniz. Kimliyindən asılı olmayaraq, hər zaman muqavimət göstərirəm. Bir çox sürücülər yaxşı formadadır. Hamıya hörmətlə yanaşıram. Hərə özünə görə istedadlıdır. Hamının üstün və zəif tərəfləri var. Üstün tərəflərinizi düzgün istifadə etmək sizi hamıdan fərqləndirir.

– Mixael Şumaxerdən öyrəndikləriniz olduğunu vurğulamısınız, bu hadqa ətraflı məlumat verə bilərsiniz?
– Onun pis günləri, pis nəticələri olmayıb . Mən Formula-1 çempionatına gələndə, onunla bərabər mübarizə aparmışam. Başqa yarışlarda çıxış edəndə rəqiblərimin pis günlərindən istifadə etmişəm . Mixaeldə belə hallar olmayıb. Hətta, ən zəif bolid ilə yarışı minimum top üçlükdə bitirirdi.

– Keçən mövsüm “Aston Martin”dən daha zəif nəticə göstərən komandaya keçdiniz. “Aston Martin“ kollektivini niyə seçdiniz?
– “Aston Martin“ inkişaf etmək üçün əlindən gələni edir. Gələcəkdə nəticə qazanmaq üçün, komanda çaılşır. Siz investisiyanı ,yeni bazanı, istedadlı mühəndisləri görürsünüz və artıq bu kollektivin bir hissəsi olmaq istəyirsən. Üstəlik, avtoidman və avtomobil sənayəsində xüsusi şöhrəti olan markadır. Mən bu komandanın bir hissəsi olmaqdan birıikdə tarixin yeni səhvəsinə imza atmaqdan qurur duyuram. Bu mənim üçün bir fürsətdir. Karyeramın unikal məqamıdır. Bunun üçün fiziki və psixoloji hazırlaşmışam. Kollektivin çempionatda qələbələr ilə yanaşı titullar qazanması, fikrimcə, zaman məsələsidir.

– Formula-1 qalibi olmaq üçün komanda nə etməlidir?
– Məqsədə çatmaq üçün bütün yaradıcılıq və ixtiraçılıqdan istifadə edərək, hər yarışda mübarizə aparmalıdır.

– Karyeranızı bitirdikdən sonra, “Aston Martin” komandasının uğur qazanmasını necə qəbul edərsiniz?
– Mən bununla fəxr edərəm. Ləns Stroll bir gün dünya çempionu ola biləcək gənc və istedadlı sürücüdür. Mən onu artıq 11-il tanıyıram. 2012-ci ildə ilk dəfə mən ”Ferrari”də çıxış edəndə o, “Skuderia” gənclər akademiyasının üzvü olanda tanış oıduq. Uzun illərdi onun atasını tanıyıram. Stroll həm də mənim yaxın dostumdur. Bir neçə dəfə onların Kanadadakı mənzilində olmuşam. Orada idmanla məşğul olaraq, gözəl vaxt keçirmişəm. Lənsın sürət və istedadı var. O bunu dəfələrlə xüsusən də yaş trasda sübut edib. Onun Türkiyədə yağışlı havada uğurlu çıxışını vurğulamaq istəyirəm. Həqiqətən maşının xüsusiyyətlərini dərk etmək üçün xüsusi bir istedada, duyğuya ehtiyac var.

– Yeni mövsümə hazırsınızmı?
– Dekabr ayından başlayaraq məşq edirəm. 2021-ci ildən fərqli olaraq, bu il məşqlər rahat keçib. O, vaxt velosiped sürərkən qəza keçirdim nəticədə çənə lövhələri taxmalı oldum. Bu dəfə qış məşqlərinə daha çox vaxt ayırdım. Əvvəlki illər ilə müqayisədə indi daha yaxşı formadayam.

Həmin kateqoriyadan