«Xəzər adaları» ölkə çempionatında «Araz»a yerini göstərdi

Bu gün futzalçıların ölkə çempionatının Yüksək liqasında 13-cü tura start verilib. Allsport.az saytı xəbər verir ki, açılış matçında «Xəzər adaları» son illərin dəyişməz çempionu «Araz»la qarşılaşıb.

Gərgin keçən oyunda debütant titullu rəqibini minimum fərqlə üstələyib – 4:3. «Xəzər adaları» klubundan Sezar (5, 24) dubl edib, Fineu (16) və Davi (29) hərəyə 1 dəfə fərqlənib.

Naxçıvan təmsilçisindən Namiq Məmmədkərimov (8),  İsa Atayev (11) və Avqusto da Silvanın (29) zərbəsi dəqiq olub.

Bu qələbə sayəsində «Xəzər adaları» çempionluq yolunda daha bir addım atıb. Xalını 36-ya yüksəldən debütant yaxın izləyicisi «Fənər»lə arasındakı 5 xallıq fərqi qoruyub.

Həmin kateqoriyadan