- Baxış sayı: 191
- 08 May 2026 17:08
- Baxış sayı: 191
- May 08, 2026
- 0

Qazaxıstan “Kayrat”ının üzvü Joan Azərbaycanın “Xəzər adaları” futzal klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, komandasının 5:3 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Rəqibimizin oyununu bəyəndim. Heyətində güclü braziliyalı futzalçılar var. Gərgin oyun oldu. Azarkeşlərimiz qarşısında oynadığımız üçün bir qədər rahat idik. Artıq sabahkı (bu gün keçiriləcək ikinci matçı nəzərdə tutur – red.) oyunu düşünməliyik”.