Xorvatiya Azərbaycanla oyun öncəsi darmadağınla qalib gəldi

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı 2-ci qrupda daha bir görüş baş tutub. Allsport.az xəbər verir ki, qrup oyunlarına ev sahibliyi edən Xorvatiya İsveçlə üz-üzə gəlib.

Qarşılaşma xorvatların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 xalla bu qrupun vahid lideridir. Belarus və Xorvatiyanın 3 xalı varsa, İsveç xal qazanabilməyib.

Son turda yığmamız Xorvatiya ilə, Belarus isə İsveçlə üz-üzə gələcək.

Həmin kateqoriyadan