“Yad insanların yanında özümü yöndəmsiz hiss edirdim”

Allsport.az xəbər verir ki, İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi karyerasının əvvəlində spirtli içkilərlə bağlı problemləri olduğunu etiraf edib:

“O vaxtlar problemim spirtli içki idi, 20 yaşım vardı. Huşumu itirəcək səviyyəyə qədər içirdim. Başqalarının yanında olmaq istəmirdim, yad insanların yanında özümü yöndəmsiz hiss edirdim. Başqalarının köməyi və məsləhətini qəbul etməsəniz, özünüzü dibdə tapa bilərsiniz. Mən bir neçə il orada idim. Xoşbəxtlikdən, indi problemlərim haqqında danışmaqdan qorxmuram”.

Həmin kateqoriyadan