“Yanq Boyz” “Seltik”dən güclü olmasa da, daha rəngarəng oynayır”

Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Rəvan” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra jurnalistlərə müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir:

– “Yanq Boyz”la oyunlardan nə gözləyirsiniz?
– “Yanq Boyz”un “Luqano” ilə oyununu izləmişəm. Çox maraqlı komandadır. Hələ belə rəqiblə qarşılaşmamışıq. “Seltik”, “Zalsburq” bir oyun üsbunda oynayırdı, amma “Yanq Boyz” qarışıq oynayır. Gah cinahlardan ötürmələrə üstünlük verirlər, gah drivninq, gah da ara paslarına üstünlük verirlər. Maraqlı komandadır. Bizi çətin və ağır səfər oyunu gözləyir. Xüsusilə də hücum xəttləri çox güclüdür. Onların hücumlarının qarşısını almaq üçün çox güc sərf etməliyik.

– Hücum xətti güclü olsa da, müdafiədə də kifayət qədər boşluqları olan komandadır “Yanq Boyz”…
– Bu barədə nəsə deyə bilmərəm. Mən əsasən hücumlarına fikir verdim. İsveçrə təmsilçisi “Seltik”dən daha rəngarəngdir, güclü deməzdim, amma rəngarəngdir. Yəni hər cür üsullardan istifadə edirlər. Standart vəziyyətlərdə çox təhlükəlidilər. Bu, bizə əlavə problemlər yaradacaq. 90-cı dəqiqəyə kimi mübarizə aparmalıyıq. Bir anda matçın taleyini dəyişə bilərlər.

– İsveçrədə hansı hesab sizi qane edər?
– Təbii ki, səfərdə məğlub olmamaq istəyərdik. Asan olmayacaq. Ən əsası iki top fərqi ilə məğlub olmamaq lazımdır.

– Raydell Puponla bağlı nə deyə bilərsiniz? Sizə elə gəlmir ki, o, ümidləri doğrultmur?
– Biz həmişə çox tələsirik. Bədavi Hüseynov, Reynaldo komandaya yeni gələndə hamı gülürdü. Tələsməmək lazımdır. 3-4 aydan sonra istəniləni verməsə, uğursuz transfer olduğunu demək olar. Hücumçu transfer etmək çox çətindir. Futbolçuları, onların klublarını razı salmaq olmur. Vaxt vermək lazımdır.

– Cavid Hüseynovla bağlı nə düşünürsən?
– Çox qarışıq məsələdir. Nəsə açıqlama vermək böyük məsuliyyət tələb edir. Yanlışlıq ola bilər. Bir tərəfdə insan ölümü, digər tərəfdə illərlə çiyin-çiyinə oynadığım futbolçu. Onu deyə bilərəm ki, Cavidi 10 ildir tanıyıram, heç vaxt kiminləsə münaqişəsi olan bir insan olmayıb. İnanmıram ki, o, belə bir hərəkət etsin. Mərhuma Allahdan rəhmət diləyirəm. Mənim fikrimcə, Cavid belə bir şey istəməzdi. O, kiminsə üstünə adam göndərəcək biri deyil.

Həmin kateqoriyadan