- Baxış sayı: 124
- 28 May 2026 15:00
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Atçılıq federasiyası yeni cıdır mövsümünə start verir. Allsport.az saytı xəbər verir ki, apreldən başlayacaq mübarizə oktyabrın ortalarınadək davam edəcək. Ümumilikdə, 15 cıdır günü ərzində 3 müxtəlif dərəcə – ingilis təmizqanlı, ərəb təmizqanlı, Qarabağ və “Dilboz” təmizqanlı atları arasında 61 qovmanın keçirilməsi nəzərdə tutulur.
Mövsüm ərzində hər 4 cins üzrə 100–dək atın iştirakı gözlənilir. Bütün ötüşmə Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda olacaq.
İlin ilk cıdır yarışı aprelin 7-də keçiriləcək. 1-ci gündə 3 yaş və yuxarı ərəb atları 1000 metr, üç yaşlı ingilis atları 1600 metr, 3 yaşlı Qarabağ və “Dilboz” atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 4 yaş və yuxarı ingilis atları isə 2000 metr məsafədə güclərini sınayacaqlar.