- Baxış sayı: 171
- 20 Sentyabr 2026 12:54
- Baxış sayı: 141
- Sentyabr 25, 2026
- 0

Estoniya paytaxtı Tallində taekvondoçuların Avropa birinciliyi başlayıb.
Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə yeniyetmələrdə Məhəmməd Həsənli (37 kq) qızıl medal qazanıb.
Yalnız finalda uduzan Hüseyn Xudiyev (65 kq) gümüşlə kifayətlənib.
Digər təmsilçilərimiz İlyas Hətəmli (33 kq) və Zəhra İsayeva (29 kq) 3-cü yer tutublar.