“Yetirmələrimə bü cür oyuna görə minnətdaram”

Azərbaycanın “Xəzər adaları” futzal klubunun baş məşqçisi Elnur Qəmbərov Qazaxıstanda yerli “Kayrat” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının 3:5 hesablı məğlubiyyətini belə şərh edib:

“Öncə “Kayrat” rəhbərliyinə dəvətə və burdakı qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, rəqibimiz dünyanın top klubları sırasındadır. Heyətlərində ulduz futzalçılar çıxış edir. Oyun haqda onu deyə bilərəm ki, bir neçə texniki səhvimiz ucbatından məğlub olduq. Nəzərə alsaq ki, Almataya 4 oyunçumuzu məlum səbəblərə görə gətirə bilmədik, lakin buna baxmayaraq “Kayrat” kimi komandaya qarşı çox yaxşı oynadıq. Yetirmələrimə bü cür oyuna görə minnətdaram. Həqiqətən də çıxışlarından razı qaldım. Yeni futzalçılarımıza komandaya alışmaq üçün bir az da vaxt lazımdır. Rəqibimiz güclü olsa da, mən qalib gəlmək istəyirəm!”

Həmin kateqoriyadan