- Baxış sayı: 32
- 01 Sentyabr 2026 23:44
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

“Real”ın (Madrid) müdafiəçisi Antonio Rüdiger 33 yaşında Almaniya milli komandasındakı çıxışını yekunlaşdırdığını açıqlayıb.
Allsport.az xəbər verir ki, təcrübəli stoper bu barədə öz sosial şəbəkə hesabında paylaşım edərək gənc oyunçulara yol açmaq vaxtının gəldiyini vurğulayıb:
“Bir müddət fikirləşdikdən sonra qərar verdim ki, milli komandadakı karyeramı yekunlaşdırmalı və gənc nəslə imkan yaratmalıyam. 2014-cü ildə ilk dəfə Almaniya yığmasının formasını geyinəndə 86 beynəlxalq qarşılaşmada meydana çıxacağımı xəyal belə edə bilməzdim. Son turnirlərdə əsas kuboku qazanmasaq və bəzi üzücü məğlubiyyətlər alsaq da, bu mərhələ mənim üçün xüsusi hal oldu və həyatımın unudulmaz hissəsinə çevriləcək. İndi mənim üçün yeni bir səhifə açılır və bundan sonra bütün diqqətimi klubuma yönəldəcəyəm”.