- Baxış sayı: 58
- 05 Noyabr 2026 18:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə futzal üzrə beynəlxalq turnirə start verilib. Allsport.az xəbər verir ki, turnirdə qüvvəsini sınayan Azərbaycan millisi startda Qazaxıstanla üz-üzə gəlib.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb. Millimiz 1:4 hesablı yenilgi ilə üzləşib. Komandamızın yeganə qoluna Rəcəb Fərəczadə imza atıb.
Qeyd edək ki, millimiz bu görüşdə aşağıdakı heyətlə mübarizə aparıb: Buranello, Hüseynli – Fərzəliyev (k), Fərəczadə, Məmmədkərimov, Borisov, Həmzəyev, Çovdarov, Eduardo, Amadeu, Fineo, Bağırov, Atayev.