Zidan: “Mən ona heyranam”

Allsport.az xəbər verir ki, Zinəddin Zidan Kilian Mbappeni çalışdırmaq istədiyini deyib:

“Gənc futbolçularla işləməyi xoşlayıram, amma müəllimdən çox məşqçiyəm. Gənclərə çox səbir lazımdır.

Hər şey əladır, amma mənim üçün ən vacibi, istər klub, istərsə də Fransa komandası olsun, rəqabət aparmaq və qalib gəlməkdir. Məni hərəkətə gətirən budur.

“Əgər məşqçisənsə və Mbappe kimi futbolçu varsa, əlbəttə ki, onunla işləmək istəyirsən. Çox şey ola bilər. Bir gün bu baş verə bilər. Milli komandada yaxşı oynayır.

Nə olursa olsun, mən ona heyranam”. – “Real Madrid”in keçmiş baş məşqçisi deyib.

Həmin kateqoriyadan