Zidan məşqçiliyə qayıtmaq istəyir

Allsport.az xəbər verir ki, “Real Madrid”in keçmiş baş məşqçisi 2021-ci ilin may ayından işsizdir. Bu müddətdə Zidana PSJ, “Tottenham” və  “Əl Nəsr”dən təkliflər gəlib.

“Əgər fasilə verdimsə, deməli, lazım idi. Baş verənləri qəbul etməli və bundan sonra nə olacağını görməliyik. Ümid edirəm ki, tezliklə yenidən məşqçiliyə qayıda biləcəyəm.

Adrenalin üçün darıxıram. Futbola başqa tərəfdən baxırsan. Bu, sənin komandan olanda, məşq etdirib, onu matçlara hazırlamalısan, tamam başqadır”.

Həmin kateqoriyadan