“Zirə” avrokubok matçlarını hansı stadionunda keçirəcək?

“Zirə” avrokuboklara vəsiqə qazanacağı halda, ev oyunlarını keçirmək istədiyi stadionları sifariş edib. Allsport.az saytı xəbər verir ki, klub rəhbərliyi Zirə İdman Kompleksinin stadionunu əsas arenası kimi göstərib.

Amma “mavi-qırmızı”lar bu arenada yalnız ilk iki təsnifat mərhələsinin ev oyunlarını keçirə bilər. Ondan sonrakı mərhələlərdə UEFA-nın arenalar üçün tələbləri fərqli olur. Bu üzdən debütant da daha çox azarkeş tutumuna malik arenaya köçmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, “Zirə”nin hələ avrokuboklara buraxılacağına tam aydınlıq gəlməyib. Bu məsələyə tam olaraq may ayında aydınlıq gələcək.

Həmin kateqoriyadan