Əhmədzadə növbəti oyunu buraxacaq

Ukrayna “Minay”ında çıxış edən Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə evdə “İnqulets”ə qarşı keçirəcəkləri premyer liqanın XV tur matçını buraxacaq.

Allsport.az xəbər verir ki, buna səbəb 20 yaşlı hücumçunun cəzalı olmasıdır. Onunla yanaşı, digər azərbaycanlı oyunçu Eldar Quliyev də eyni səbəbdən qarşıdakı görüşdə iştirak edə bilməyəcək.

Qarşılaşma noyabrın 21-də gerçəkləşəcək. “Minay” hazırda 8 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan