Ələskərov İrlandiyaya qarşı necə oynadı?

“Bursaspor”un azərbaycanlı futbolçusu Namik Ələskərovun millimizin son seçmə oyunundakı göstəriciləri açıqlanıb. 

Allsport.az xəbər verir ki, bu haqda “ağ-yaşıl” kluba yaxınlığı ilə seçilən “Bursaspordabugün” portalı məlumat dərc edib.

Namikin İrlandiya ilə oyunda ilk “11-lik”də yer almasına diqqət çəkən həmkarlarımız onun 71 dəqiqə meydanda qaldığını, bu müddətdə topa 22 dəfə toğunduğunu vurğulayıblar. O, 11 ikili mübarizədən qalib ayrılıb və qapıya 2 zərbə endirib. 6 dəfə top itirən Namikə qarşı 4 qayda pozuntusu baş verib.

Azərbaycan millisi səfərdə İrlandiya ilə 1:1 bərabərə qalıb. 

Həmin kateqoriyadan