“Əl-Nəsr” və “Bavariya” razılaşdı

“Əl-Nəsr” və “Bavariya” klubları hücumçu Sadio Manenin transferi ilə bağlı razılığa gəliblər.

Allsport.az saytı xəbər verir ki, onun bütün sənədləri yoxladıqdan sonra, Səudiyyə komandasında tibbi müayinədən keçəcək. Mənbə transferin məbləğini açıqlamır.

31 yaşlı seneqallı futbolçu Kriştianu Ronaldunun komanda yoldaşı olacaq. Mane ötən yay “Liverpul”dan “Bavariya”ya keçib. Münxen klubunda 38 matçda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan