FOTO
Əlvida Tokio-2020! Bağlanış mərasimində bayrağımızı güləşçi Hacı Əliyev daşıdı

Bu gün Tokio-2020 yay olimpiya oyunlarının bağlanış mərasimi keçirilib.

Allsport.az saytı xəbər verir ki, Yaponiya milli stadionunda koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunan tədbirdə, öncə 6 yerli idmançı dövlət bayrağını meydanın mərkəzinə gətirib və himn səsləndirilib.

Sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Bağlanışda bayraqdarımız gümüş medalçısı Hacı Əliyev olub.

Ölkəmiz bu olimpiadaya 40 vəsiqə (44 idmançı) qatılıb, 3 gümüş və 4 bürünc medal qazanıb.

Həmin kateqoriyadan