“Əminəm ki, bundan daha artığını edə bilərdik”

Bu gün Azərbaycan futbolçuları millətlər liqasında “Dalğa arena”da Slovakiya 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Canni de Byazi yenilgiyə belə şərh verib:

Rəqibin güclü olduğunu bilirdik. İlk 20 dəqiqədə yaxşı çıxış etmədik. Bundan sonra heç də pis oynamadıq. İlk hissənin sonlarında qol da vura bilərdik, imkanlarımız oldu. Fasilədən sonra rəqib ustalığını nümayiş etdirdi. Amma bütün oyun boyu mübarizə apardıq.

Əminəm ki, bundan daha artığını edə bilərdik. Sizin kimi mən də qələbə istəyirəm. Oyundan sonra da futbolçularıma dedim ki, ilk 20 dəqiqəni çıxsaq, qorxaraq oynamadıq. Əvvəlki iki oyunda da dominant idik.

2i oyuna rəqib qapılarına 30 zərbə vurmuşduq. Rəqəmlər bizi aldada bilməz. Bu, faktdır. 2 gün sonra Belarusla oyunumuz var. Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Qazaxıstanı da Bakıda məğlub etməyə çalışacağıq”.

Həmin kateqoriyadan