- Baxış sayı: 156
- 10 Aprel 2026 19:50
- Baxış sayı: 238
- May 08, 2026
- 0

Fövqəladə hallar nazirliyinin Hövsan qəsəbəsində yerləşən idman- sağlamlıq kompleksində karate üzrə 29-cu respublika çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışa paytaxt, həmçinin müxtəlif bölgələrdən 14 klubu təmsil edən 94 idmançı qatılıb.
Gərgin mübarizədə Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Tural Ələkbərli (75 kq), Ayxan Mamayev (84 kq), Əli Cəfərov (+84 kq), Roman Heydərov (kata), eləcə də Fidan Teymurova (50 kq), Mədinə Sadiqova (55 kq), Renata Ərəbli (61 kq), Zöhrə Alverdiyeva (68 kq) və Fəridə Əliyeva (+68 kq) və Zöhrə Qurbanzadə (kata) qalib olublar.