Əratın komandası mövsümü 10-cu yerdə başa vurdu

Almaniya ikinci bundesliqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna” da növbəti matçına çıxıb.

Sözügedən komanda öz meydanında “Frankfurt”la qarşılaşıb. Görüş futbolçumuzun klubunun 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ərat görüşün 87-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, “Fortuna” mövsümü 44 xalla 10-cu pillədə başa vurub.

Həmin kateqoriyadan