Əsmir Beqoviçin atası: Robert Prosineçki təlxək və alətdir

“Qarabağ”ın qapıçısı Əsmir Beqoviçin atası oğlunun növbəti dəfə Bosniya və Hersoqovina yığmasına çağırılmamasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, qolkiperin valideyni feysbuk səhifəsi vasitəsilə buna sərt reaksiya verib.

O bu qərarın arxasında futbol ittifaqının prezidenti Elvəddin Begiçin durduğunu düşünür. Əmir bəy millinin baş məşqçisi Robert Prosineçkini isə təlxək adlandırıb: “Əsmirin yığmaya dəvət almaması futbol ittifaqı ilə bağlıdır. Bu təlxək isə sadəcə, bir alətdir”.

Əsmir Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb. Bosniya və Hersoqovina Avro-2020-nin seçməsində noyabrın 15-də İtaliya, 18-də isə Lixtenşteynlə qarşılaşacaq.

Həmin kateqoriyadan