- Baxış sayı: 20
- 06 Avqust 2026 15:31
- Baxış sayı: 179
- Avqust 05, 2026
- 0

AFFA İntizam Komitsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İnter” – “Kəpəz” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçının 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kamran Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.